×
A
A
A
Sazlamalar

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

London, 18 aprel, AZƏRTAC
Böyük Britaniya və ABŞ İranın İsrailə hücumundan sonra İranın aparıcı hərbi xadimlərinə və qurumlarına sanksiyalar tətbiq edib.
AZƏRTAC Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Birləşmiş Krallıq İranın İsrailə hücum etməsi imkanının yaradılmasına və regionda sabitliyin pozulmasına görə daha yeddi fiziki şəxsə və altı quruma sanksiyalar tətbiq edib.
ABŞ ilə razılaşdırılmış paketdə İranın aparıcı hərbi xadimlərinə sanksiya tətbiq olunub. Böyük Britaniya və ABŞ, həmçinin İranın pilotsuz uçuş aparatı (PUA) və raket istehsalı sahəsində fəaliyyət göstərən əsas şəxslərinə və qurumlarına qarşı da bir sıra sanksiyaların tətbiq olunduğu elan edib. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri və İran Silahlı Qüvvələrinin Baş Qərargahı da sanksiyalara məruz qalan qurumlar arasındadır.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2024-04-18 19:30:00