×
A
A
A
Sazlamalar

Azərbaycan millisinin kapitanı növbəti dəfə Macarıstan çempionu olub

Bakı, 18 aprel, AZƏRTAC
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova növbəti dəfə Macarıstan çempionu olub.
AZƏRTAC xəbər verir ki, təcrübəli blokçunun formasını geyindiyi “Vasas” finaldakı rəqibi “KNRC” klubunu hər üç oyunda məğlub edib və qızıl medallara sahib çıxıb.
Yığma üzvü komandasına çempionluq gətirən son oyunda 12 xal (7 blok, 3 hücum, 2 eys) qazanıb.
Qeyd edək ki, Ayşən Abduləzimova bu il həm də Macarıstan kubokunun qalibi olub.

İdman 2024-04-18 11:48:00