Azərbaycan ilə Pakistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq inkişaf edir
Bakı, 17 aprel, AZƏRTAC
Aprelin 17-də müdafiə sənayesi naziri Vüqar Mustafayev Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Hayenlə görüşüb.
Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qonağı salamlayan nazir Pakistanın Azərbaycanın müstəqilliyini dəstəkləyən ilk dövlətlərdən biri olduğunu qeyd edib. O, iki dost ölkə arasında əlaqələrin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və bu münasibətlərin dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilərək strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıb.
B.Haye Azərbaycan ilə Pakistan arasındakı güclü dostluq əlaqələrinin mövcudluğunu və münasibətlərin yüksələn xətlə davam etdiyini diqqətə çatdırıb.
Görüşdə siyasi, iqtisadi-ticari, müdafiə, təhlükəsizlik, mədəniyyət, təhsil və digər sahələrdə olduğu kimi, müdafiə sənayesi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb, hər iki tərəfi maraqlandıran digər mövzular haqqında fikir mübadiləsi aparılıb.
Abşeron Milli Parkında ekoloji aksiya
Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib
Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib
Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub