×
A
A
A
Sazlamalar

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Bakı, 4 may, AZƏRTAC

Mayın 4-də saat 17 radələrində Şəki rayonu ərazisində iki nəfərin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Şəki Rayon Prokurorluğundan AZƏRTAC-a bildirilib ki, araşdırmalarla 1965-ci il təvəllüdlü Namiq Məmmədovun rayonun Baş Şabalıd kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı həmkəndliləri 1966-cı il təvəllüdlü Azər Sədiyev və 1957-ci il təvəllüdlü İsrafil Məmmədsoya ov silahından atəş açaraq qəsdən öldürməsi, daha sonra isə həmin silahla özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Namiq Məmmədov saxlanılıb. Ona xəstəxanada polis müşayiəti altında tibbi yardım göstərilir.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Cəmiyyət 2024-05-04 22:17:00