NBA-da çıxış edən basketbolçu 35 yaşında karyerasını bitirib
Bakı, 17 aprel, AZƏRTAC
Milli Basketbol Assosiasiyasında (NBA) mübarizə aparan “Boston Seltiks”in üzvü Bleyk Qriffin karyerasını bitirib.
AZƏRTAC xəbər verir ki, 35 yaşlı basketbolçu bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
O, nə vaxtsa bu cür qərar verəcəyini düşünmədiyini bildirib: “Heç vaxt bunu təsəvvür etməzdim. Mənə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, B.Qriffin karyerası ərzində “Boston Seltiks”lə yanaşı, “Los Anceles Klippers”, “Detroit Pistons” və “Bruklin Nets” komandalarında da çıxış edib.
“Araz-Naxçıvan”ın futzalçısı: 15 ildən sonra qazanılan kubok çox dəyərlidir
Çexiyalı atıcı Bakıda həm qızıl medal qazanıb, həm də rekorda imza atıb
Fikrət Hüseynov: Artıq Azərbaycanda qış idman növlərinin inkişafı üçün işlər aparılır
Türkiyəli mütəxəssis: Azərbaycanda hər kəsi körlinqlə məşğul olmağa dəvət edirik