×
A
A
A
Sazlamalar

Türkiyəli mütəxəssis: Azərbaycanda hər kəsi körlinqlə məşğul olmağa dəvət edirik VİDEO

Bak, 8 may, AZƏRTAC

“Azərbaycanda körlinq idman növünün inkişafı üçün əlimizdən gələni edəcəyik”.
AZƏRTAC xəbər verir ki, bu sözləri körlinq idman növünü inkişaf etdirmək üçün Türkiyədən dəvət olunan Ahmet Alperen Tunqa jurnalistlərə açıqlamasında deyib.
O, Türkiyədə bu idman bölməsinin ilk dəfə 2011-ci ildə fəaliyyətə başladığını bildirib: “Artıq ilk “onluğ”a daxil olmuşuq. Məqsəd Azərbaycanı da bu reytinq cədvəlinə salmaqdır. İşə 16-20 yaşlı yerli idmançılarla başlayacağıq. Lakin hər kəsi körlinqlə məşğul olmağa dəvət edirik. Ümid edirəm ki, 6-7 ildən sonra vəziyyət daha da yaxşı olacağıq”.

İdman 2024-05-08 12:13:00

Video