×
A
A
A
Sazlamalar

“Araz-Naxçıvan”ın futzalçısı: 15 ildən sonra qazanılan kubok çox dəyərlidir

Bakı, 8 may, AZƏRTAC

“Ölkə kubokunun qalibi olduğumuza görə çox xoşbəxtəm”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Araz-Naxçıvan”ın futzalçısı Amadeu Fernandes Azərbaycan Kubokunu qazanmaları barədə danışarkən deyib.
Azərbaycan millisinin də formasını geyinən oyunçu 15 ildən sonra qazanılan kubokun dəyərli olduğunu bildirib: “Gözəl hisslər yaşayırıq. Ölkə çempionluğunun ardından kubokun da sahibi olduq. Mövsümü “qızıl dubl”la bitirmək fantastikdir. Komandamla qürur duyuram. Çəkdiyimiz əziyyətin bəhrəsini mövsümün sonunda gördük. ”Araz-Naxçıvan” hər zaman zirvələrdə olmağa layiqdir”.
33 yaşlı futzalçı gələcək hədəflərindən də söz açıb: “Növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparacağıq. Bu turnirdə daha da irəli getmək, Azərbaycanı beynəlxalq arenada ən yaxşı şəkildə təmsil etmək istəyirik. Komandama güvənirəm”.
Qeyd edək ki, “Araz-Naxçıvan” ölkə kubokunun finalında “Baku Fire” komandasını üstələyib.

İdman 2024-05-08 14:02:00