Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib
Bakı, 16 aprel, AZƏRTAC
Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokunda Azərbaycanı təmsil edəcək idmançılar müəyyənləşib.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, fərdi proqramda Zöhrə Ağamirova qüvvəsini sınayacaq.
Qrup hərəkətləri proqramında isə Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Darya Sorokina, Yelizaveta Luzan, Ləman Əlimuradova və Kamilla Əliyevadan ibarət komanda bacarığını nümayiş etdirəcək.
Turnirdə 42 ölkədən idmançıların iştirakı gözlənilir. Yarışların yekununda ən yüksək icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.
Milli Gimnastika Arenasında təşkil olunacaq yarış aprelin 19-21-də baş tutacaq.
Konfrans Liqasında ilk finalçı bəlli olub
“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib
Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib
Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub
Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb