Superliqa: “Fənərbağça” səfərdə üç xala sevinib
Bakı, 14 aprel, AZƏRTAC
Türkiyə Superliqasında 32-ci turun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, çempionluq mübarizəsi aparan "Fənərbağça" səfərdə "Fatih Karagümrük"ün qonağı olub. Görüş İstanbul nəhənginin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər oyunlarında "Başakşəhər" "Pendikspor"a 3:2, "İstanbulspor" "Hatayspor"a 3:0 və "Rizəspor" "Antalyaspor"a 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, bu nəticədən sonra "Fənərbağça" 85 xalla turnir cədvəlinə başçılıq edir. Rəqibindən bir oyun az keçirən "Qalatasaray" 84 xalla ikinci, 52 xallı "Trabzonspor" isə üçüncü pillədə qərarlaşıb.
"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı
Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm
Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2
Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar
Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır