×
A
A
A
Sazlamalar

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Bakı, 9 may, AZƏRTAC

Kişi boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını Tailandın paytaxtı Banqkokda davam etdirəcək.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında yığmanın 4 üzvü sözügedən şəhərə yollanıb.
Hazırlıqda Şamil Əsgərov (57 kiloqram), Malik Həsənov (63,5 kiloqram), Sərxan Əliyev (71 kiloqram) və Alfonso Dominqes (92 kiloqram) iştirak edəcəklər. Mayın 10-da başlayacaq toplanış ayın 21-də yekunlaşacaq.
Toplanış II Dünya Olimpiya Təsnifat Turnirinə hazırlıq xarakteri daşıyır.

İdman 2024-05-09 21:17:00