×
A
A
A
Sazlamalar

"Beşiktaş" baş məşqçisi ilə yollarını ayırıb

Bakı, 13 aprel, AZƏRTAC

Türkiyənin "Beşiktaş" klubu baş məşqçisi Fernandu Santuşla yollarını ayırıb.
AZƏRTAC xəbər verir ki, “Samsunspor” ilə 1:1-lik heç-heçədən sonra "Beşiktaş" klubunun rəhbərliyi toplantı keçirərək, baş məşqçi ilə müqaviləyə xitam verilməsi qərarına gəlib. Komanda mövsümün sonunadək Serdar Topraktepeyə tapşırılıb.
Qeyd edək ki, "Beşiktaş" hazırda 48 xalla 4-cü pillədə qərarlaşıb.

İdman 2024-04-13 23:55:00