"Sabah" basketbol klubu ardıcıl ikinci dəfə müntəzəm mövsümün qalibi olub
Bakı, 13 aprel, AZƏRTAC
“Sabah” komandasının Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümü lider kimi başa vuracağı dəqiqləşib.
AZƏRTAC xəbər verir ki, paytaxt təmsilçisi buna ölkə çempionatının XVII turunda "Sumqayıt"ı 93:73 hesabı ilə məğlub etməklə nail olub.
Bu qələbədən sonra xallarını 31-ə çatdıran bakılılar son turdakı oyunların nəticəsindən asılı olmayaraq pley-offa ilk pillənin sahibi kimi vəsiqə əldə edib.
Reqlamentə əsasən, müntəzəm mövsümdə ilk iki yeri tutan komandalar pley-offa birbaşa yarımfinal mərhələsindən başlayırlar.
Rimas Kurtinaytisin başçılıq etdiyi kollektiv hazırda 31 xalla turnir cədvəlinin lideridir.
Qeyd edək ki, "Sabah" ötən il də müntəzəm mövsümü ilk sırada tamamlayaraq pley-offa adlayıb və yekunda Azərbaycan çempionu olub.
Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib
Konfrans Liqasında ilk finalçı bəlli olub
“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib
Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib
Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub