Baş katib: İnanıram ki, yarımfinalda rəqib olan basketbolçuları keçərək, finala yüksələcəyik
Bakı, 13 aprel, AZƏRTAC
“Qrup mərhələsində qarşılaşdığımız komandalar çətin rəqiblər idi”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Basketbol Federasiyasının baş katibi Vüqar Əzimov Azərbaycanın 3x3 qadın basketbol millisinin “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirin yarımfinalına yüksəlməsi barədə danışarkən deyib.
O, yarımfinala yüksəldikləri üçün xoşbəxt olduğunu söyləyib: “Bizə bu sevinci yaşatdıqları üçün oyunçulara təşəkkür edirəm. Təsnifat turnirində zəif komanda yoxdur. Bütün matçlar son saniyəyə kimi gərgin keçdi. Monqolustanla görüşdə Tiffani Heysin zədə alması çıxışımıza təsir etdi. Ancaq buna baxmayaraq, nəticə qazana bildik. Ümid edirəm ki, Tiffani sabahkı qarşılaşmada meydanda olacaq. O, bizim ən önəmli silahlarımızdan biridir”.
Baş katib Azərbaycan millisinə inandığını bildirib: “Bizim üçün hər matç gərgin keçir. Lakin basketbolçular sonadək meydanda döyüşürlər. İnanıram ki, yarımfinalda bizə rəqib olan komandanı keçərək, finala yüksələcəyik”.
Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində Çili və Monqolustanı məğlub edib, Niderlanda isə uduzub.
Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub
“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib
Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb
Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb