×
A
A
A
Sazlamalar

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Bakı, 5 may, AZƏRTAC

Qrup hərəkətləri üzrə Azərbaycan komandası Bakıda keçirilən Avropa Kubokunda növbəti dəfə bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət kollektiv 3 lent və 2 topla hərəkətlərdə buna nail olub.
Hakimlər onların çıxışını 29 950 xalla qiymətləndiriblər.
Bu proqramda Bolqarıstan (33 900) birinci, İtaliya (33 700) isə ikinci yeri tutub.
Komandamız 5 halqa ilə də qüvvəsini sınayıb. 36 950 xal toplayan yığmamız dördüncü pillədə qərarlaşıb. İsrail (38 950) qızıl, İtaliya (38 050) gümüş, Bolqarıstan isə bürünc (37 750) mükafata yiyələnib.
Qeyd edək ki, Azərbaycan komandası ötən gün keçirilən çoxnövçülük üzrə yarışlarda da bürünc medala yiyələnib.
Milli Gimnastika Arenasında təşkil edilən Avropa Kubokunda 37 ölkədən 160 idmançı iştirak edir. Yarışa bu gün - mayın 5-də yekun vurulacaq.

İdman 2024-05-05 17:00:00