×
A
A
A
Sazlamalar

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Bakı, 5 may, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında 33-cü turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ilk matçında “Zirə” səfərdə “Turan Tovuz”la üz-üzə gəlib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqların heyətində 14-cü dəqiqədə Salifu Suma, 70-ci dəqiqədə isə Sezar Meza Kolli fərqləniblər.
Meydan sahiblərinin yeganə qoluna isə 52-ci dəqiqədə Fərid Nəbiyev imza atıb.
Bu nəticədən sonra xallarının sayını 52-yə çatdıran “Zirə” ikinci pilləyə yüksəlib. “Turan Tovuz” isə 42 xalla yeddincidir.

İdman 2024-05-05 19:01:00