“Neftçi” “Araz-Naxçıvan”la oyuna itkilərlə çıxacaq
Bakı, 13 aprel, AZƏRTAC
“Neftçi” Azərbaycan Premyer Liqasının XXX turunda “Araz-Naxçıvan”a qarşı keçirəcəyi oyuna itkilərlə çıxacaq.
Paytaxt klubundan AZƏRTAC-a verilən məlumata görə, “ağ-qaralar” dörd futbolçunun xidmətindən yararlana bilməyəcək.
Bərpa prosesi keçən Emil Balayevlə yanaşı, kəskin respirator virus infeksiyası diaqnozu ilə müalicə alan Ömər Buludov bu matçı buraxmalı olacaq. Dizindəki ağrılarla bağlı müalicəsi davam edən Aqil Məmmədov və fərdi olaraq hazırlıq keçən Ataa Caber də “Araz-Naxçıvan”la oyunda meydanda ola bilməyəcək.
Qeyd edək ki, bu gün “Neftçi Arena”da baş tutacaq görüş saat 19:00-da başlayacaq.
Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb
Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb