×
A
A
A
Sazlamalar

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Bakı, 5 may, AZƏRTAC

“Qarabağ” klubu futbolçusu Nəriman Axundzadə ilə müqavilənin müddətini uzadıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, 20 yaşlı hücumçu ilə yeni müqabilə dörd il müddətinə nəzərdə tutulub.
Qeyd edək ki, N.Axundzadə “köhlən atlar”ın heyətində bu mövsüm 43 matçda 15 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman 2024-05-05 14:12:00