×
A
A
A
Sazlamalar

Avropa birinciliyi: Azərbaycanın iki boksçusu finala vəsiqə qazanıb

Bakı, 12 aprel, AZƏRTAC

Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyində yarımfinal mərhələsinin görüşlərinə start verilib.
AZƏRTAC xəbər verir ki, finala gedən yolda Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb.
48 kiloqramda Bilalhəbaşi Nəzərov yarımfinalda Frihah İsmael Maqrau (İspaniya) ilə üz-üzə gəlib. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (29:28, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə qalib. O, finalda Oleksandr Zveryevlə (Ukrayna) münasibətinə aydınlıq gətirəcək.
Ömər Aslanlı (54 kiloqram) da adını həlledici görüşə yazdırıb. Yığma üzvü yarımfinalda bolqarıstanlı Atanas Dinkovu 5:0 (30:25, 29:26, 29:26, 30:25, 30:25) hesabı ilə məğlub edib. Aslanlı qızıl medal uğrunda Maksim Çekinlə (Ukrayna) qarşılaşacaq.
Avropa birinciliyində çempionluq döyüşləri aprelin 14-də olacaq.

İdman 2024-04-12 21:17:00