×
A
A
A
Sazlamalar

Lisenziya turniri: Azərbaycanın 3x3 basketbol millisi ilk oyunda qələbə qazanıb

Bakı, 12 aprel, AZƏRTAC

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirdə mübarizəyə başlayıb.
AZƏRTAC xəbər verir ki, Honkonqda təşkil olunan təsnifat yarışının B qrupunda yer alan yığmanın ilk rəqibi Çili seçməsi olub. Görüş komandamızın 17:14 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan millisi aprelin 13-də isə Monqolustan və Niderland komandaları ilə üz-üzə gələcək.
Qeyd edək ki, yığmanın heyətində Dina Ulyanova, Tiffani Heys, Aleksandra Mollenhauer və Mersedes Volker yer alırlar.

İdman 2024-04-12 12:09:00