×
A
A
A
Sazlamalar

Premyer Liqa: XXX tura Sumqayıtda start veriləcək

Bakı, 12 aprel, AZƏRTAC

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura start veriləcək.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq. "Sumqayıt" doğma meydanda "Zirə" ilə üz-üzə gələcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matç saat 19:00-da start götürəcək.
Hazırda turnir cədvəlində paytaxt klubu 45 xalla 2-ci, "gənclik şəhəri" təmsilçisi isə 43 xalla 4-cü sırada yer alıb.
Qeyd edək ki, turun digər görüşləri aprelin 13-14-də baş tutacaq.

Premyer Liqa
XXX tur
12 aprel (cümə)

19:00. "Sumqayıt" – "Zirə"
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Kamal Umudlu
VAR: İnqilab Məmmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

 

İdman 2024-04-12 10:20:00