×
A
A
A
Sazlamalar

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Bakı, 5 may, AZƏRTAC

Mayın 5-də Azərbaycan Premyer Liqasında XXXIII turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ikinci matçında “Araz-Naxçıvan” və “Sabah” komandaları üz-üzə gəlib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda yeganə qolu 1-ci dəqiqədə Ayaz Quliyev vurub.
Bu nəticədən sonra xallarını 52-yə çatdıran “Sabah” üçüncü pilləyə yüksəlib. “Araz-Naxçıvan” isə 35 xalla doqquzuncu yerdə qalıb.
Qeyd edək ki, tura mayın 6-da keçiriləcək “Səbail” – “Qəbələ” matçı ilə yekun vurulacaq.

İdman 2024-05-05 21:08:00