×
A
A
A
Sazlamalar

Konfrans Liqası: "Aston Villa" "Lill"ə, "Brügge" PAOK-a qalib gəlib

Bakı, 12 aprel, AZƏRTAC

Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları başa çatıb.
AZƏRTAC xəbər verir ki, saat 23:00-da start götürən iki matçda İngiltərənin "Aston Villa" komandası doğma meydanda Fransa təmsilçisi "Lill"ə 2:1 hesabı ilə qalib gəlib.
Digər görüşdə isə Belçika "Brügge"si evdə Yunanıstanın PAOK kollektivini 1:0 hesabı ilə məğlub edib.
Günün ilk oyunlarında "Olimpiakos" "Fənərbağça"dan 3:2 hesabı ilə üstün olub. Eyni saatda "Viktoriya Plzen" "Fiorentina" ilə qolsuz heç-heçə edib.
Qeyd edək ki, mərhələnin cavab görüşləri aprelin 18-də keçiriləcək.

İdman 2024-04-12 01:10:00