×
A
A
A
Sazlamalar

Avropa Liqası: “Liverpul” və “Milan” doğma meydanda məğlub olub

Bakı, 12 aprel, AZƏRTAC

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, günün maraqla gözlənilən qarşılaşmalarından biri İtaliyada baş tutub. A Seriyası təmsilçiləri olan "Milan" və "Roma"nın üz-üzə gəldikləri matç paytaxt klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Gecənin gözlənilməz nəticəsi İngiltərədə baş verib. "Liverpul" İtaliya "Atalanta"sına 0:3 hesabı ilə məğlub olub.
Digər oyunlarda "Benfika" (Portuqaliya) "Marsel"ə ( Fransa) 2:1, Bayer" (Almaniya) isə "Vest Hem"ə (İngiltərə) 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, cavab qarşılaşmaları aprelin 18-də keçiriləcək.

İdman 2024-04-12 01:02:00