×
A
A
A
Sazlamalar

Gənclər arasında Avropa birinciliyi: Azərbaycanın iki boksçusu yarımfinala yüksəlib

Bakı, 11 aprel, AZƏRTAC

Azərbaycanın iki boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində yarımfinala yüksəlib.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Bilalhəbaşi Nəzərov (48 kiloqram) irlandiyalı Skott Tompsonla qarşılaşıb. Döyüş boksçumuzun inamlı qələbəsi ilə başa çatıb. O, rəqibini 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Nəzərov yarımfinalda Frihah İsmael Maqraou (İspaniya) ilə üz-üzə gələcək.
Ömər Aslanlı (54 kiloqram) da komanda yoldaşının uğurunu təkrarlayıb. Turner Cozef Ceymslə (İngiltərə) qarşılaşan idmançı 4:3 hesabı ilə qələbə qazanıb. O, finala gedən yolda Atanas Dinkovu (Bolqarıstan) sınağa çəkəcək.
Azərbaycan boksçuları yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı təmin ediblər. Bu mərhələnin görüşləri aprelin 12-də olacaq.

İdman 2024-04-11 21:10:00