×
A
A
A
Sazlamalar

Azərbaycan cüdoçuları Avropa və dünya çempionatlarına hazırlaşırlar

Bakı, 11 aprel, AZƏRTAC

Cüdo üzrə yeniyetmə qızlardan ibarət Azərbaycan millisi Çexiyanın Teplis şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edib.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, iki günlük hazırlıq prosesinə yığmanın 12 üzvü qatılıb.
Qeyd edək ki, təlim-məşq toplanışı mayın 4-5-də keçiriləcək Göygöl Avropa Kubokuna, iyun və avqust aylarında keçiriləcək Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.

İdman 2024-04-11 15:42:00