×
A
A
A
Sazlamalar

Azərbaycan gimnastları beynəlxalq turnirdə iştirak edəcəklər

Bakı, 11 aprel, AZƏRTAC

Azərbaycanın bədii gimnastları Qırğızıstanın paytaxt Bişkek şəhərində keçirilən “Kelechek” adlı beynəlxalq turnirdə iştirak edəcəklər.
AZƏRTAC xəbər verir ki, Valentina Ukleinanın rəhbərliyi altında gənc gimnastlar - Zəhra Cəfərova, Mədinə Abbaslı və Şəms Müvəffəqi bacarıqlarını göstərəcəklər.
Turnir aprelin 12-14 -də təşkil olunacaq.
Qeyd edək ki, yarışda hakim Dilbər İbrahimova da ölkəmizi təmsil edəcək.

İdman 2024-04-11 13:44:00