"Beşiktaş" Patrik Şik üçün "Bayer"lə danışıqlara başlayıb
Bakı,11 aprel, AZƏRTAC
Türkiyənin "Beşiktaş" komandası Almaniya "Bayer"nin hücumçusu Patrik Şiki icarəyə götürməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalist Saşa Tavolieri X sosial şəbəkə hesabında məlumat verib.
Mənbənin sözlərinə görə, İstanbul nəhənginin rəsmiləri 28 yaşlı forvardı yayda icarəyə götürmək barədə almanlarla danışıqlar aparır.
"Beşiktaş" çexiyalı futbolçu üçün qarşı tərəfə bir illik icarə təklifi göndərmək niyyətindədir.
Qeyd edək ki, Patrik Şik bu mövsüm leverkuzenlilərin heyətində 22 matçda 11 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır
Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib
Konfrans Liqasında ilk finalçı bəlli olub
“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib
Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib