×
A
A
A
Sazlamalar

Azərbaycanın bədii gimnastları Bolqarıstanda keçirilən Dünya Kubokunda iştirak edəcəklər

Bakı, 11 aprel, AZƏRTAC

Bədii gimnastika üzrə böyük gimnastlar - İlona Zeynalova və Mədinə Dəmirova aprelin 12-dən 14-dək Bolqarıstanın Sofiya şəhərində keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokunda iştirak edəcəklər.
Bu barədə AZƏRTAC-a Azərbaycan Gimnastika Federasiyasından xəbər verilib. Bildirilib ki, yarışda məşqçi Nərmin Cahangirova və hakim Yevgeniya Vilyayeva da ölkəmizi təmsil edəcəklər.

 

İdman 2024-04-11 06:04:00