×
A
A
A
Sazlamalar

Azərbaycan Basketbol Liqası: “Xəzri”dən gözlənilməz məğlubiyyət

Bakı, 10 aprel, AZƏRTAC

Azərbaycan Basketbol Liqasında XVII tura start verilib.
AZƏRTAC xəbər verir ki, turun açılış oyununda “Xəzri” və “Sərhədçi” komandaları üz-üzə gəliblər. Görüş ikincinin 98:70 hesablı qələbəsi ilə başa çatıb.
Bu turda “Sumqayıt” “Sabah”a məğlub olarsa, “Sərhədçi” 6-cı pillədən pley-off mərhələsinə vəsiqə qazanacaq.
Qeyd edək ki, turun növbəti oyunları “Neftçi” – “Xırdalan”, “Sumqayıt” – “Sabah”, “Cəlilabad” – “NTD-İndiqo” və “Şəki” – “Gəncə” komandaları arasında keçiriləcək.

İdman 2024-04-10 23:19:00