Çempionlar Liqası: Madriddə “qol yağışı”, Londonda heç-heçə
Bakı, 10 aprel, AZƏRTAC
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, günün maraqla gözlənilən qarşılaşması Madriddə baş tutub. İspaniya "Real Madrid”i İngiltərə nəhəngi “Mançester Siti”ni qəbul edib. Kifayət qədər gərgin və bol qollu alınan matçda qalib müəyyənləşməyib - 3:3.
Eyni saatda start götürən digər görüşdə isə İngiltərə “Arsenal”ı Londonda Almaniyanın “Bavariya” komandasını sınağa çəkib. Bu qarşılaşmada da heç-heçə qeydə alınıb - 2:2.
Qeyd edək ki, bu mərhələnin “Atletiko Madrid” (İspaniya) – “Borussiya Dortmund” (Almaniya) və PSJ (Fransa) – “Barselona” (İspaniya) qarşılaşmaları aprelin 10-da keçiriləcək.
Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb
® Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu
Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır
Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib