Azərbaycanın veteran cüdoçuları İngiltərədə master-klas keçəcəklər
Bakı, 9 aprel, AZƏRTAC
Azərbaycanın veteran cüdoçuları Rüstəm Orucov və Orxan Səfərov İngiltərədə master-klas keçəcəklər.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, onlar bu gün sözügedən ölkəyə yola düşəcəklər.
Səfər çərçivəsində yerli cüdo klubları və akademiyasında rəsmilərlə görüş keçirib, sessiyalarda iştirak edəcəklər.
Master-klas aprelin 13-14-də “Sport Wales” Milli Mərkəzində və “Camberley” Cüdo Klubunda baş tutacaq. Veteran idmançılar uşaqlar və böyüklər üçün ustad dərsi təşkil edəcək və təcrübələrini bölüşəcəklər. Həmçinin yaşlı şəxslər üçün təşkil olunacaq “Safe Falls” sessiyasına qatılacaqlar.
Veteran cüdoçular eyni zamanda Böyük Britaniyada cüdo klublarının fəaliyyəti ilə tanış olaraq öyrəndikləri təcrübələri Azərbaycanda tətbiq etməyə çalışacaqlar.
"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı
Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm
Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2
Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar
Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır