×
A
A
A
Sazlamalar

“Sabah” səfərdə 100-cü qolu buraxıb, “Zirə” tarixi qələbə qazanıb

Bakı, 8 aprel, AZƏRTAC

“Sabah” Azərbaycan çempionatlarında səfərdə 100-cü qolu buraxıb.
AZƏRTAC xəbər verir ki, bu, Premyer Liqanın XXIX turunun “Turan Tovuz”la görüşünə təsadüf edib.
Bakı klubu 0:2 hesabı ilə uduzduğu görüşə qədər rəqib meydanlarında 99 top buraxmışdı. Hesabı açan Aleks Souza paytaxt təmsilçisinin qapısından 100-cü topu keçirib.
“Sabah” bu qolu 85-ci səfər matçında buraxıb. 2018-2019-cu illər mövsümündən Premyer Liqada çıxış edən komanda ilk dəfə debüt ilində avqustun 19-da “Sumqayıt”la ev görüşündə qapısında qol görüb – 1:4.
“Zirə” komandası isə Azərbaycan çempionatlarının yüksək dəstəsində ən böyükhesablı ev qələbəsini qazanıb. Rəşad Sadıqovun komandası buna Premyer Liqanın XXIX turunda nail olub.
Bakı klubu öz meydanında “Qəbələ”ni 4:0 hesabı ilə məğlub edib. Zirənin eyniadlı təmsilçisi bunadək evdə ən böyük fərqlə - üç top üstünlüyü ilə qalib gəlib. Buna üç dəfə təsadüf olunub.
“Zirə” tarixinin Premyer Liqadakı ən böyükhesablı qələbəsini də təkrarlayıb. 2015-2016-cı illər mövsümündə “Rəvan”ın qapısından 4 cavabsız top keçirən qəsəbə klubu yenə eyni hesabla qalib gəlib. 2016-cı il aprelin 10-da baş tutan həmin qarşılaşmanı “qartallar” səfərdə keçirib.

 

İdman 2024-04-08 11:08:00