Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl və gümüş medallar qazanıblar
Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycanın bədii gimnastları Estoniyada keçirilən birinci “Tallinn Open” beynəlxalq turnirində qızıl və gümüş medallar qazanıblar.
AZƏRTAC xəbər verir ki, böyüklər üzrə qrup hərəkətləri komandasının üzvləri Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətova 5 halqa, 3 lent və 2 topla hərəkətlərdə iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Fərdi çıxışlarda isə İlahə Bahadirova qızıl (top), Gövhər İbrahimova qızıl (gürzlər) və gümüş (halqa), Şəms Ağahüseynova (lent) isə gümüş mükafata layiq görülüb.
Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb
® Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu
Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır
Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib