×
A
A
A
Sazlamalar

Azərbaycanın 3x3 basketbol millisinin təsnifat oyunlarının saatı bəlli olub

Bakı, 8 aprel, AZƏRTAC

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin “Paris-2024” Yay Olimpiya Oyunlarına qatılmaq üçün iştirak edəcəyi təsnifat oyunlarının başlama saatı açıqlanıb.
Azərbaycan Basketbol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Honkonqda keçiriləcək turnirin B qrupunda mübarizə aparacaq yığma ilk görüşünü aprelin 12-də Çili seçməsinə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 11:30-da start götürəcək.
Azərbaycan millisi bir gün sonra Monqolustan və Niderlandla üz-üzə gələcək. Oyunlar müvafiq olaraq, Bakı vaxtı ilə saat 11:30 və 13:45-də başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi hər üç oyuna Dina Ulyanova, Tiffani Heys, Aleksandra Mollenhauer və Mersedes Volkerlə çıxacaq.

İdman 2024-04-08 12:32:00