Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb
Bakı, 28 mart, AZƏRTAC
İsrail Qəzza zolağında hərbi əməliyyatlar zamanı HƏMAS hərəkatının "strateji aktivlərini" ələ keçirib və danışıqlar zamanı bundan istifadə etmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bunu Baş nazir Benyamin Netanyahu israilli girovların ailələri ilə görüşdə deyib.
“Biz HƏMAS-ın strateji aktivlərini ələ keçirdik. Bu, girovlarımızın azad edilməsi üçün daha bir açardır. Bu günə qədər 123 girov geri qaytarılıb. Digər girovların da hər birini geri qaytarmağa borcluyam. Mən şəxsən gecə-gündüz bu işlə məşğulam”, - deyə Baş nazir qeyd edib.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır