×
A
A
A
Sazlamalar

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Moskva, 28 mart, AZƏRTAC

Avropa İttifaqının Ermənistandakı missiyası NATO missiyasına çevrilməkdədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “İzvestiya” informasiya portalına müsahibəsində bildirib.
“İndi üstəlik, Norveç, Kanada və ABŞ-dan olan hərbçilər oraya göndərilir və Avropa İttifaqının missiyası getdikcə Şimali Atlantika Alyansının missiyasına çevrilir”, – deyə o qeyd edib.
XİN rəhbəri vurğulayıb ki, Ermənistandakı vəziyyət nikbinlik yaratmır. Ölkə rəhbərliyi uydurma bəhanələrlə işi Rusiya ilə münasibətlərin pozulmasına aparır.
“Ermənistan rəhbərliyi, açıq desək, uydurma bəhanələrlə, son üç ilin, üç il yarımlıq tarixini təhrif edərək işi bilərəkdən Rusiya ilə münasibətlərin pozulmasına, 102-ci hərbi bazada xidmət edən hərbçilərimizin, sərhədçilərimizin fəaliyyətinin gözdən salınmasına, bütövlükdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının gözdən salınmasına aparır”, - deyə Lavrov bildirib.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2024-03-28 20:43:00