×
A
A
A
Sazlamalar

Çində Asiya naminə Boao Forumunun illik konfransı keçirilir VİDEO

Pekin, 28 mart, AZƏRTAC

Çinin Haynan adasında Asiya naminə Boao Forumunun “Asiya və dünya: ümumi çağırışlar, ortaq məsuliyyət” mövzusunda illik konfransı keçirilir.
AZƏRTAC xəbər verir ki, konfransın martın 28-də keçirilən açılış mərasimində Çin Xalq Nümayəndələri Yığıncağının sədri Cao Leci, bir neçə ölkənin dövlət və hökumət başçıları, parlament rəhbərləri, dövlət rəsmiləri, elm adamları iştirak ediblər.
Martın 26-da start götürən dördgünlük konfransa 60 ölkədən təxminən 2 min nümayəndə, habelə 1100 jurnalist qatılıb. Konfransın panel iclaslarında dünya iqtisadiyyatı, elmi və texnoloji innovasiya, sosial inkişaf, beynəlxalq əməkdaşlıq və digər mövzularda müzakirələr aparılır.
Qeyd edək ki, Asiya ölkələrinin 1998-ci ilin maliyyə böhranından sonra iqtisadi inteqrasiyaya can atdığı bir vaxtda, 2001-ci ildə əsası qoyulmuş forum qeyri-hökumət təşkilatı olaraq Asiyada və onun hüdudlarından kənarda maraqlı tərəflər arasında fikir mübadiləsi aparmaqla məşğuldur. “Şərqin Davosu” adlanan forumun illik yüksək səviyyəli konfransları ilə yanaşı, il ərzində müxtəlif formatlarda tədbirləri də təşkil olunur.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2024-03-28 10:30:00

Video