×
A
A
A
Sazlamalar

Kamçatkada 5,6 bal gücündə zəlzələ qeydə alınıb

Bakı, 28 mart, AZƏRTAC

Kamçatkada 5,6 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsinin məlumatına görə, zəlzələ Ust-Kamçatskın şərqində, Kamçatka diyarında Berinq dənizinin sahilində qeydə alınıb.
Məlumatlara görə, zəlzələnin episentri Ust-Kamçatsk kəndindən 40 km aralıda, 5 km dərinlikdə yerləşib.

Dünya 2024-03-28 04:16:00