×
A
A
A
Sazlamalar

Niderland qaz çatışmazlığı ilə üzləşə bilər

Bakı, 28 mart, AZƏRTAC

İndidən tədbir görülməsə Niderland yaxın illərdə qaz çatışmazlığı ilə üzləşə bilər.
AZƏRTAC xəbər verir ki, bunu ölkənin qaz şəbəkəsini idarə edən “Gasunie Transport Services” (GTS) şirkəti bildirib.
Şirkətin proqnozuna görə, gələn il qış sərt keçərsə yazadək anbarlar kritik həddə boşala bilər. Bu təqdirdə boşalmış anbarları yayda tam doldurmaq mümkün olmayacaq. Növbəti qış vəziyyət daha da çətinləşəcək.
Şirkət fövqəladə halın yaranmaması üçün hökumətə təkliflər verib.

 

Dünya 2024-03-28 06:00:00