Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzeti Azərbaycanın nailiyyətlərindən yazır
Bakı, 23 aprel, AZƏRTAC
Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetində Azərbaycanın əldə etdiyi nailiyyətlərdən, ölkəmizdə keçirilmiş prezident seçkilərindən bəhs edən məqalə dərc olunub.
Azərbaycanın Mərakeşdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə İlham Əliyevin aprelin 11-də keçirilmiş prezident seçkilərində inamlı qələbə qazandığı oxucuların diqqətinə çatdırılır.
Yazıda Prezident İlham Əliyevin müdrik siyasəti və səmərəli fəaliyyəti nəticəsində Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında mühüm dəyişikliklərin baş verdiyi vurğulanır. İqtisadi inkişaf tempinə görə Azərbaycanın regionda lider ölkəyə çevrildiyi qeyd edilir, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinin təminində əldə olunmuş nailiyyətlər, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr barədə söhbət açılır.
Şarl Mişel: Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
“Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi böyük həqiqətin növbəti təzahürüdür” - RƏY
İsveçin xarici işlər naziri Qazaxın kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı paylaşım edib