×
A
A
A
Sazlamalar

Şarl Mişel: Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

Bakı, 20 aprel, AZƏRTAC

Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayırıq.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel sosial şəbəkə hesabında yazıb.
“Ermənistan və Azərbaycan arasında 1991-ci il Alma-Ata Bəyannaməsinin iki ölkə arasında sərhədlərin delimitasiyası üzrə əsas götürülməsinə dair əldə olunan razılaşmanı xoş qarşılayırıq. Brüsseldəki danışıqlar zamanı da hər iki ölkənin ərazi bütövlüyünün tanınması şərti ilə sərhədlərin delimitasiyası önəmli yer tutub. Bu proses, həmçinin bütün regiondakı vəziyyətin sabitləşməsi və sülh yolu ilə kommunikasiyaların açılmasına xidmət edəcək”, – deyə Avropa İttifaqı Şurasının Prezidenti vurğulayıb.

 

Siyasət 2024-04-20 21:22:00