×
A
A
A
Sazlamalar

Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında Sərəncama əlavələr edilməsi barədə Sərəncam imzalayıb

Bakı, 23 aprel, AZƏRTAC
Prezident İlham Əliyev aprelin 23-də “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə” Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən Muxtar Bahadur oğlu Babayev ekologiya və təbii sərvətlər naziri, Azad Arif oğlu Rəhimov gənclər və idman naziri, Əbülfəs Mürsəl oğlu Qarayev mədəniyyət naziri, Yavər Talıb oğlu Camalov müdafiə sənayesi naziri, Oqtay Kazım oğlu Şirəliyev səhiyyə naziri, Ceyhun Əziz oğlu Bayramov təhsil naziri təyin edilib.
Prezident, həmçinin Hicran Kamran qızı Hüseynovanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Fuad Rauf oğlu Muradovu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Mübariz Qəhrəman oğlu Qurbanlını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Səfər Məmməd oğlu Mehdiyevi Dövlət Gömrük Komitəsinin sədri, Tahir Yaqub oğlu Budaqovu Dövlət Statistika Komitəsinin sədri, Kərəm Əvəz oğlu Həsənovu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri, Fuad Hümbət oğlu Nağıyevi Dövlət Turizm Agentliyinin sədri, Qoşqar İlahi oğlu Təhməzlini Qida Təhlükəsizliyi Agentliyinin sədri, Vüsal Əfqan oğlu Hüseynovu Dövlət Miqrasiya Xidmətinin rəisi, Arzu Yusif oğlu Rəhimovu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edib.

Siyasət 2018-04-23 19:26:00