×
A
A
A
Sazlamalar

İsmayıllının “Xəmsə” komandası zona yarışının birincisi olub

Şamaxı, 23 aprel, AZƏRTAC 

Şamaxı şəhərində “Xəmsə” Milli İntellektual Oyunları üzrə gənclər arasında Azərbaycan çempionatı çərçivəsində zona yarışları keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon mədəniyyət evində təşkil olunan bilik yarışı gərgin və maraqlı keçib. Ən yüksək bilik nümayiş etdirən İsmayıllı komandası 9300 xal toplayaraq birinci yeri qazanıb. İkinci yerə isə Ağdaş komandası çıxıb.
Hər iki komanda “Xəmsə” Milli İntellektual Oyunlarının final mərhələsinə vəsiqə qazanıb.

Regionlar 2018-04-23 17:52:00