İranda baş verən zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub - YENİLƏNİB
Bakı, 20 aprel, AZƏRTAC
Aprelin 20-də Naxçıvan seysmoloji stansiyasından 76 kilometr cənub-qərbdə - İranın Xoy şəhərində zəlzələ qeydə alınıb.
AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosuna istinadla xəbər verir ki, yerli vaxtla saat 22:01-də qeydə alınan yeraltı təkanların maqnitudası 4.6-ya bərabər olub.
Ocağı 4 kilometr dərinlikdə yerləşən zəlzələ Naxçıvan, Ordubad, Culfa, Şahbuz, Babəkdə 3 bala qədər hiss olunub.
22:22
Naxçıvan Muxtar Respublikasında yerli vaxtla saat 22:01-də zəlzələ qeydə alınıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, zəlzələ 3 bal gücündə olub və təxminən 5-7 saniyə davam edib.
Erməni terrorunun şahidi: Düşmənin bazarı hədəf almasında əsas məqsədi daha çox insanı öldürmək idi
Cəbrayıl şəhərindəki yaşayış kompleksi 33 binadan ibarətdir FOTO
Cəbrayıl şəhər Mehdi Mehdizadə adına tam orta məktəbdə ilin sonuna kimi şagird sayı 400-ə çatacaq