×
A
A
A
Sazlamalar

Tokioda 2020-ci ildə keçiriləcək Olimpiadanın təşkilat komitəsi və BOK yarışlara hazırlığı müzakirə edir

Tokio, 23 aprel, AZƏRTAC

Tokioda 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının təşkilatçıları Beynəlxalq Olimpiya Komitəsinin (BOK) nümayəndələri ilə birlikdə Olimpiadaya hazırlığın gedişini müzakirə etmək üçün Yaponiya paytaxtında bir araya gəliblər.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Tokioda iki gün davam edəcək müzakirələr aprelin 23-də başlanıb.
BOK-un əlaqələndirmə komissiyasının sədri Con Kots təşkilatçılardan beynəlxalq idman təşkilatları tərəfindən getdikcə artan sualları cavablandırmaq üçün hazır olmağı xahiş edib.
Oyunların Tokio təşkilat komitəsinin sədri Yoşiro Mori qarşıda duran vəzifələr, o cümlədən məsrəflərin azaldılması və təhlükəsizlik məsələləri ilə əlaqədar məhsuldar müzakirələr aparmağa çağırıb.
Görüşdə Olimpiya tədbirlərinin keçiriləcəyi yerlər, həmçinin yoxlama tədbirlərinin cədvəli ilə bağlı məsələlərin müzakirə ediləcəyi də bildirilir.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2018-04-23 17:27:00