ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Kiyev, 20 aprel, AZƏRTAC
ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardımın maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini qəbul edib. İndi bu məsələyə ABŞ Senatı baxmalı və daha sonra ABŞ Prezidenti Cozef Bayden imzalamalıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynaya yardım haqqında qanun layihəsi Nümayəndələr Palatasında konqresmenlərin əksəriyyəti tərəfindən dəstəklənib.
Qanun layihəsinə əsasən ABŞ Ukraynaya 61 milyard dollara yaxın məbləğdə yardım ayıracaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Stokholmda 50-yə yaxın uşaq bağçası narkotik vasitələrin dövriyyəsi açıq olan ərazilərdə yerləşir
Donald Trampın andiçmə mərasimini təşkil edən komanda yaradılıb
Burkina-Fasoda ölüm cəzasının bərpası təklif edilib
Uşaqların dil öyrənmə mexanizmləri ilə bağlı yeni məlumatlar əldə olunub - ARAŞDIRMA
Müqəddəs Pyotr kreslosu 150 il sonra ilk dəfə nümayiş olunur