×
A
A
A
Sazlamalar

Birinci rübdə Azərbaycan ilə Rusiya arasında ümumi ticarət dövriyyəsi 32 faiz artıb

Bakı, 23 aprel, AZƏRTAC
Ötən ilin nəticələrinə görə, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 22 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir bildirib ki, cari ilin birinci rübündə ölkələrimiz arasında ümumi ticarət dövriyyəsi 32 faiz, Azərbaycanın Rusiyaya ixracı isə 50 faizədək artıb.

Biznes 2018-04-23 16:21:00