Yeni kənd təsərrüfatı naziri əsas fəaliyyət prinsiplərini açıqlayıb
Bakı, 23 aprel, AZƏRTAC
Yeni təyin olunmuş kənd təsərrüfatı naziri İnam Kərimov nazirliyin kollektivinə təqdim olunarkən öz çıxışında 3 əsas fəaliyyət prinsipini açıqlayıb.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nazir fəaliyyət prinsiplərində düzgün və səmərəli idarəçilik, kəndli və fermerlərə yaxınlıq (şəffaflıq, səmərəlilik, hesabatlılıq) və innovasiyaların tətbiqinin əsas götürüləcəyini qeyd edib.
İnam Kərimov fermerlərin qarşılaşdıqları problemlərin araşdırılması və həlli yollarının tapılması, diqqət və qayğını artırmaqla onlara daha yaxın olmaq, innovasiyaların, xüsusilə “Elektron Kənd Təsərrüfatı” layihəsinin tətbiqinin genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.
Qeyd edək ki, İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamı ilə kənd təsərrüfatı naziri vəzifəsinə təyin olunub.
İranda baş verən zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub - YENİLƏNİB
Ağdamda eyni gündə doğulub, eyni gündə də şəhid olan qardaşların xatirəsi anılıb
Qax Damazlıq İpəkçilik Stansiyasında 4785 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulacaq
Naxçıvançaydan Heydər Əliyev su anbarına bərk tullantılar daxil olub
Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib