×
A
A
A
Sazlamalar

Gəncədə Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Xəmsə” oyununun regional seçim turu keçiriləcək

Gəncə, 23 aprel, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Gəncə şəhərində "Xəmsə" Milli İntellektual Oyunu üzrə gənclər arasında regional seçim turu keçiriləcək.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Gəncə şəhər Gənclər Evinin direktoru Amil Qurbanov məlumat verib.
Bildirilib ki, Gənclər və İdman Baş İdarəsinin və Gənclər Evinin təşkilatçılığı ilə keçiriləcək yarışlara Gəncə və ətraf rayonları təmsil edən gənclər qatılacaq.
Yarışın keçirilməsində məqsəd təqdim olunan suallar vasitəsilə gənclər arasında Azərbaycançılıq ideologiyasını və milli dövlətçilik düşüncəsini daha dərindən təbliğ etməkdir.

Regionlar 2018-04-23 14:06:00