×
A
A
A
Sazlamalar

"Bon Appetit" şirniyyat mağazaları şəbəkəsində qanun pozuntuları aşkar edilib

Bakı, 16 aprel, AZƏRTAC 

Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri ərazisində keçirilmiş vergi nəzarəti tədbirləri zamanı "Bon Appetit" şirniyyat mağazaları şəbəkəsində qanun pozuntuları aşkar edilib.
Bu barədə AZƏRTAC-a nazirliyin Media və Kommunikasiya Mərkəzindən açıqlama verilib.
Keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edilib ki, vergiödəyicisi tərəfindən ikili mühasibatlıq aparılmaqla dövlət büdcəsinə ödənilməli vergilər yayındırılıb. Həmçinin, vergiödəyicisinin Badamdar qəsəbəsində yerləşən sexinə baxış zamanı əmək müqaviləsi olmayan 55 nəfər vətəndaşın işə cəlb edildiyi müəyyən olunub.
Aşkar edilmiş hallarla bağı müvafiq aktlar tərtib edilib, vergiödəyicisinə məxsus “qara mühasibatlıq” sənədləri götürülüb. İşçilərdən alınmış izahatlardan aydın olub ki, onların heç biri ilə əmək müqaviləsi (kontrakt) bağlanılmayıb.
Faktla bağlı müvafiq araşdırma aparılır.

Biznes 2018-04-16 18:12:00